Xəbər lenti
Azərbaycanda günün DƏHŞƏTİ! Bir evdən çıxan TƏLƏBƏLƏR FACİƏVİ ŞƏKİLDƏ öldülər - YENİLƏNİB

Bu gün Cəlilabad rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Manevr.az lent.az-a istinadən bildirir ki, Alar kəndindəki 1 saylı orta məktəbin qarşısında qəzaya düşən avtomobildəki gənclər orta məktəbi bu il bitiribmiş və ali təhsil üçün imtahan veribmiş.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Rzayev Şəmsi İlqar oğlu və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Qarayev Ələmdar Qoşqar oğlu Günəşli kəndində yaşayan repetitorun yanından kəndə qaydırımış. Onlar sabah Lənkəranda keçiriləcək növbəti imtahana hazırlaşırmış.
Bildirilir ki, hər iki gənc daha əvvəl keçirilmiş imtahanlarda yüksək bal toplayaraq ailə məktəbə qəbul olunub. Lakin onlar ballarını artırmaq üçün oxumağa davam ediblər. Onlar Alar kəndindəki 2 saylı orta məktəbi bu il bitiriblər.
Faktla bağlı araşdırma aparılır.
----------
12:55
Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manevr.az apa-ya istinadən xəbər verir ki, hadisə Alar kəndindəki 1 saylı orta məktəbin qarşısında qeydə alınıb.
"Mercedes" markalı avtomobil idarəetmənin itməsi səbəbindən yol kənarında olan su çəninə çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Şəmsi İlqar oğlu Rzayev və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Ələmdar Qoşqar oğlu Qarayev ölüb.
Məlumata görə, onlar Alar kənd sakinləridir. Faktla bağlı araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar