Xəbər lenti
Dövlət Qoruğunun 16 hektar ərazisi yanıb - Rəsmi
İyulun 11-də Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın nəticəsində 16 hektar ərazi yanıb.
Manevr.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumatda bildirilir ki, yanğın hqadisəsi həmin gün saat 20 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində söndürülüb:
"Yanğının baş verdiyi ərazi əsasən dəniz sahili, qamışlıq-bataqlıq olduğundan və küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinlik yaratmışdı. Əraziyə cəlb olunmuş FHN-nin Lənkəran və Masallı rayonlarının yanğından mühafizə bölmələrinin texnika və canlı qüvvəsindən, Qızılağac Dövlət Təbiət Qoruğunun və ETSN-nin müvafiq yerli qurumlarının əməkdaşlarının əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğının söndürülməsinə nail olunub.
İlkin hesablamalara görə, yanğın nəticəsində 16 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib. Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə hazırda araşdırma aparılır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar