Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Polis ana-balanı döyən qulduru həbs etdi

Tarix: 12-07-2017 14:57     Baxış: 4271 A- / A+
Polis ana-balanı döyən qulduru həbs etdi


İyulun 8-də Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan qadına qarşı quldurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzil müayinə edilib, müvafiq araşdırmalar aparılıb.
Məlum olub ki, həmin gün səhər saat 06.00 radələrində evə pəncərədən girmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyərək pul verməsini tələb edib, səs-küy salmağa cəhd etdikdə isə onu döyməyə başlayıb. Həmin şəxs səsə gəlmiş qadının azyaşlı oğluna da zərbə endirib, bıçaqla onu hədələyərək hadisə yerindən qaçıb. Polis əməkdaşları dərhal xəsarət almış şəxslərin təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılmasını təmin ediblər.
Faktla əlaqədar Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Görülmüş tədbirlərlə hadisənin Vurğun adlı şəxs tərəfindən törədilməsi müəyyən edilib və həmin şəxsin saxlanılması üçün müvafiq tədbirlərlə başlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş Vurğun Rəhmanov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.
O, istintaqa ifadəsində törətdiyi əməli etiraf edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar