Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gəncədə dünya çempionu adam öldürdü

Tarix: 10-07-2017 11:27     Baxış: 4263 A- / A+
Gəncədə dünya çempionu adam öldürdü

Gəncə şəhərində meyiti tapılan şəxsin ikiqat dünya çempionu tərəfindən öldürüldüyü məlum olub.
Manevr.az bildirir ki,”report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Adil oğlu Orucovun şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə” bazarının yaxınlığında meyiti tapılıb. Yerli sakinlər tərəfindən Kəpəz Rayon Polis İdarəsinə məlumat verilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinə yerləşdirilib. Müayinə zamanı meyitin üzərində zorakılıq və döyülmə əlamətləri aşkarlanıb.
Dərhal Gəncə Şəhər Prokurorluğunda əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 1994-cü il təvəllüdlü Eldəniz Məmmədov saxlanılıb.
Məlum olub ki, axşam saatlarında Kəpəz rayonu ərazisində yerləşən çay evlərindən birində R.Orucov və E.Məmmdov arasında mübahisə olub. Mübahisə zəminində E.Məmmədov R.Orucovu döyüb. Ağır bədən xəsarətləri alan R.Orucov hadisə yerindən bir qədər uzaqlaşıb və huşunu itirərək yerə yıxılıb. Onun meyiti səhər saatlarında yerli sakinlər tərəfindən tapılıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar