Xəbər lenti
66 yaşlı Gəncəli qadınının intihar səbi bəlli oldu - oğluna görə

Bu gün Gəncə şəhəri, Təbriz küçəsi, 235 ünvanda baş vermiş intihar hadisəsinin səbəbi bəlli olub.
Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, Təbriz küçəsi, 235 ünvanda yaşayan 1950-ci il təvəllüdlü Abdiyeva Melya Sokrat qızı sirkə turşusu içib. Evdə olan gəlini tərəfindən ağır vəziyyətdə olduğu aşkarlanan qadın Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Melya Abdiyevanın yaxınları istintaqa bildiriblər ki, qadının həbsdə olan oğlu üçün intihar etdiyi ehtimal olunur. Belə ki, Cinayət Məcəlləsinin 178.2 (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə 1 ildən çoxdur həbsdə olan oğlu, 1971-ci il təvəllüdlü Abdiyev Rövşən Suliddin oğlunun dünən Gəncə şəhər Nizami rayon Məhkəməsində işinə baxılıb. Məhkəməyə gəlməsi gözlənilən şahidin Rusiyada olması səbəbindən məhkəmə təxirə salınıb. Bu qərardan sonra qadın məhkəmnin uzadılmasına səbəb kimi oğluna azadlıq verilməyəcəyini və daha çox iş kəsiləcəyini düşünərək böyük stress keçirib. Oğlunun daha çox cəza almasından qorxan ana canına qəst edib.
Xatırladaq ki, M.Abdiyeva həbsdə olan oğlunun həyat yoldaşı ilə birgə yaşayırdı.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq davam etdirilir. ("Report")
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar