Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənilərdən daha bir təxribat – Torpaqlarımızı yandırdılar

Tarix: 05-07-2017 18:17     Baxış: 3493 A- / A+
 Ermənilərdən daha bir təxribat

Ermənilər növbəti təxribata cəhd edib.

Məlumata görə, cəbhənin təmas xəttində ermənilərin nəzarətində olan otlaq sahələrinin yandırılması nəticəsində Xocavənd rayonunun Ağburun ərazisindən azərbaycanlı iş adamlarına məxsus 300 ha taxıl zəmisinin 100 hektarı yanıb. Görülmüş çevik tədbirlər sayəsində böyük itkilərin qarşısı alınmış, qalan sahənin yanmasının qarşısı alınıb.

Xəsarət alan yoxdur.

Qeyd edək ki, dünən saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.azerbaycan24

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar