Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Sulutəpədə kütləvi dava : Bıçaq və çəngəllə... - Foto

Tarix: 05-07-2017 11:28     Baxış: 4339 A- / A+
Sulutəpədə kütləvi dava
Abşeron rayonunda 13 nəfərin iştirakı ilə kütləvi dava baş verib.

Hadisə Sulutəpə qəsəbəsində yerləşən "555" adlı kafedə qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan 5 nəfər həmin kafedəki digər 8 nəfərlə mübahisə edib.

Dava iştirakçısı olan İsmayıllı rayon sakini Rza Qocayev polislərin kafeyə gəldiyini görərək taksi ilə hadisə yerindən qaçmağa çalışıb. Ancaq o, yolda polislər tərəfindən yaxalanıb. Polislər Rza Qocayevi yaxalayarkən onun qan içində olduğunu görərək, dərhal "Təcili tibbi yardım" xidməti çağırıblar. R.Qocayevə ilkin yardım göstərilib.

Şübhəli şəxs qismində Abşeron rayon polis idarəsinə aparılan R.Qocayev dindirilmə zamanı bildirib ki, 13 nəfər arasında baş verən kütləvi dava zamanı bıçaq və çəngəldən istifadə olunub, o döyülüb və kəsik xəsarətləri alıb.

Hazırda idarədə digər şəxslərin də müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar