Xəbər lenti
Paytaxtda avtomobil qaçıran şəxs qəza törədib

Avtomobil qaçıraraq yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən paytaxt sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 3-də Nərimanov rayonunun N.Yusifbəyli küçəsindəki avtoyuma məntəqəsində, orada işləyən Valeh adlı şəxs Bakı şəhər sakini Seymur Nəcəfova məxsus “VAZ-2106” markalı avtomobili qaçırıb və F.X.Xoyski küçəsində idarə edərkən paytaxt sakini Vahid Əhmədovu vurub avtomobildə hadisə yerini tərk edib. V.Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Valeh Rəhmanov tutulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































