Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda soyğunçular 32 yaşlı kişiyə hücum etdi - VİDEO

Tarix: 02-07-2017 09:25     Baxış: 4310 A- / A+
Bakıda soyğunçular 32 yaşlı kişiyə hücum etdi

Bakıda soyğunçular metronun yaxınlığında 32 yaşlı kişiyə hücum edərək onu soyublar, özünə isə xəsarət yetiriblər.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyətləri müəyyənləşdirilməyən 4 nəfər metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında, F.Ağayev küçəsində İmişli rayon sakini, 1985-ci il təvəllüdlü Muradov Xəyyam Cəlilağa oğluna hücum edib. Zərəzçəkmiş "Report"a bildirib ki, o, metrodan çıxıb F.Ağayev küçəsi ilə hərəkət edərkən tanımadığı 4 nəfər ondan "hörmət" etməsini tələb edib. Lakin X.Muradov onlara pul verməkdən imtina edib.
Belə olduqda həmin şəxslər X.Muradovun baş nahiyəsinə xəsarət yetirərək onun cibindəki 75 manatı götürüblər. Qeyd edək ki, xəsarət almış X.Muradov çoxlu qan itirib.
Zərərçəkmiş yaxınlıqdakı taksi sürücülərinin köməyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun açıq kəllə-beyin travması aldığını bildiriblər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar