Xəbər lenti
Ağcabədidə evdə qumbara partladı: Bir ailənin 5 üzvü öldü

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Məlumata görə, hadisə nəticəsində 2 uşaqla anası, babası və dayısı həlak olub. Onların 3-ü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.
Manevr.az-ın əldə etdiyi məlumata görə, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































