Xəbər lenti
Hicablı ailəyə hücum – ana və iki qızı xəstəxanalıq oldu

Bolqarıstanın baş müftisinin müavini Biralın həyat yoldaşı və iki qızı hicablı olduğu üçün paytaxt Sofiyada hücuma məruz qalıb.
Manevr.az türk mediasına istinadla xəbər verir ki, hücum Sofiyanın ticarət mərkəzlərinin birində baş verib. Baş müftinin müavinin həyat yoldaşı və iki qızını təhqir etməyə başlayan iki qadın və kişi sonda 16 və 20 yaşlarında olan hicablı qızlara zərbə endirməyə başlayıb.
Baş müftinin sözçüsü Cəlal Faiq bəyan edib ki, hücumdan sonra Biralın ailəsi xəstəxanaya yerləşdirilib. O, heç kimə ziyan verməyən, əvəzində hücuma məruz qalan müsəlman ailəsinə fiziki xəsarət yetirənlərin dərhal tutulması və mühakimə edilməsini tələb etdiklərini bəyan edib: “Biz bu çirkin hadisəyə biganə qalmayacağıq”.
Bu arada bəlli olub ki, Bolqarıstanın Haqq və Ədalət Partiyası hücumla bağlı məsələni parlamentdə qaldırıb, ölkədə islamafobiyanı kəskin pisləyib.
Sofiya polisi isə təcavüzkarların həbs edildiyi və ifadələrinin alındığını bildirib, qeyd edib ki, istintaqdan sonra ətraflı informasiya açıqlanacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar