Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

18 yaşlı gəlin 17 yaşlı sevgilisinə ərini öldürtdürdü - DƏHŞƏT

Tarix: 28-06-2017 08:53     Baxış: 6488 A- / A+
18 yaşlı gəlin 17 yaşlı sevgilisinə ərini öldürtdürdü


Manevr.az Türk mediasına istinadən xəbər verir ki, Adanada 17 yaşlı İsa Arıçının ölümü ilə bağlı aparılan istintaqda qandonduran detallar üzə çıxıb.
Verilən məlumata görə, 29 apreldə Sarıçam rayonunda baş verən hadisədə 17 yaşlı İsa Arıçı dini nikahla yaşadığı 18 yaşlı Z.K. yataq otağında qan içində tapıb. Z.K. fəryad edərək İsa Arıçın qarşıdakı evdə oturan ata-anasını çağırıb. Oğullarını qan içində görən ata və ana də fəryad edib, digər tərəfdən də xəstəxanaya çatdırmağa çalışıblar. İsa Arıç xəstəxanaya aparılsa da həyatını itirib.

Hadisənin ardından cinayət işi açılıb, ilk olaraq xəstəxanada göz yaşlarına boğulan gəlin Z.K. ifadəsinin alınması üçün polisə gətirilib. Göz yaşları heç dinməyən Z.K. polisə ziddiyyətli ifadələr verib. Əvvəl cə ərinin bıçaqla intihar etdiyini, sonra yataq otağında yanında olmasına baxmayaraq hadisənin necə olduğunu görmədiyini deyib. Bundan sonra polis gəlinə təzyiq göstərib və nəticədə Z.K. evə gələn 17 yaşlı İ.D.-nin ərini öldürdüyünü etiraf edib. Z.K. əvvəlcə İ.D.nin oğru olduğunu deyib, ancaq polis buna da inanmayınca sevgili olduqlarını etiraf edib. Bundan sonra polis gəlin və qatili həbs edib.

"Oğlumu gəlinimlə sevgilisi planlayaraq öldürüb"

Bəyin atası Musa Arıç oğlunun gəlini və onun sevgilisi tərəfində planlaşdıraraq öldürüldüyünü irəli sürərək "Mənim 7 uşağım vardı, 6 qaldı. O da gəlinim üzündən planlı cinayətə qurban getdi. Planlı olduğunu haradan bilirik, mənim evimlə oğlum evi üz-üzə idi. Hadisədən bir gün əvvəl mənim balaca qızım dəhlizi süpürərkən gəlinimin telefonda danışdığı adama "planımız belədir, amma öldürdükdən sonra cəsədi nə edəcəyik" deyincə qızım da içəri girib "nə planı?" - deyə soruşub. O da deyib ki "qohumlarla birlikdə parka gedəcəyik, onun planı" dedikdə isə qızım da inanıb. Ondan bir gün sonra da oğlum öldürüldü. Qatil az cəza almaq üçün də 18 yaşına girmədən 6 gün əvvəl bu cinayəti törədib. Bunların hamısı cinayətin çox planlı bir şəkildə həyata keçirildiyini göstərir" deyə danışıb.
18 yaşlı gəlin 17 yaşlı sevgilisinə ərini öldürtdürdü

"Gəlin fəryad edib ağlayırdı"

Gəlinin o gecə fəryad etməsi ilə otağa girdiklərini və oğlunu qan içində gördüyünə diqqət çəkən ata Arıç belə davam edib: "Gəlin səslənəndə biz də anası ilə qaçıb "nə oldu?" deyə bağırdıq. Gəlin bizə "bilmirəm" deyə cavab verdi. İçəri girdikdə uşağımız yerdə ölmüşdü. Əvvəl anası müdaxilə etdi, sonra mən əlimi üzünə qoydum, cəsədi soyuq idi, ölmüşdü. Yenə də xəstəxanaya apardıq. Ümid etdik ki, yaşayar, amma yaşamadı. Gəlin fəryad edib ağlayırdı. Sonradan anladıq ki, bu hadisənin içində cani gəlin varmış. Oğlumu gəlinim ilə onun sevgilisi öldürübmüş".

"Bıçaqlayıblar, başının üstündə siqaret çəkərək ölməsini gözləyiblər"
Ata Arıç gəlin və sevgilisinin oğlunu bıçaqlandıqdan sonra başının üstündə ölməsini gözlədiklərini ifadə edərək "Xəstəxanada da xəstəxanaya gəlməzdən təxminən bir saat əvvəl öldüyü qeyd edilib. Gəlinin sevgilisi oğlumu bıçaqlayıb yaralayıb. Başında birlikdə siqaret çəkərək ölməsini gözləyiblər. Eyni otaqda foto da çəkiblər" dedi.

"Oğlumun köynəyini sevgilisinə geyindirib"

Hadisədən sonra gəlinin və sevgilisinin dəlilləri yox etməyə çalışdığını deyən ata Musa Arıç, belə davam edib: "Oğlumu bıçaqladığı üçün gəlinin sevgilisinin üstü qan olub. O səbəblə gəlin oğluma aldığım və heç vaxt geyinmədiyi köynəyini ona verib, öz paltarını də çıxarıb bizdə qoyub. Sonra da yataq otağını dağıdaraq oğru girdiyi təsəvvürünü yaradıb. Bunların hamısını etdikdən sonra da gəlin sevgilisini heç bir şey olmamış kimi yola salaraq fəryad edib. Bıçağı da əlüzyuyanda yuyublar. Sevgilisinin ifadəsində var, gəlinim bunu Çorumdan sırğalarını sataraq pul göndərib, xüsusi olaraq Adanaya gətirdib. Bunları Allaha həvalə edirəm. Övladımın qanı inşallah yerdə qalmaz. Gecəmizi, gündüzümüzü məhv etdilər, sevincimizi aldılar".

"Gəlinimi xəstəxanada parça-parça edərdim"

Ana İclal Arıç isə gəlininin oğlunun öldürülməsində əli olduğunu ertəsi gün günortadan sonra öyrəndiyini deyir: "Bizimlə ağladı, mən gəlinimdən heç şübhələnməmişdim. Oğlumu xəstəxanaya aparanda onun cani olduğunu bilsəydim, onu parça-parça edib, əllərimlə öldürərdim".

Qeyd edək ki, qatil İ.D.nin hadisədən bir neçə saat sonra Facebookdan "Sənə vacib bir xəbərim var. Əminəm ki, çox sevinəcəksən, çünki artıq səni sevən biri yoxdur, cənazəsi dünən qaldırıldı" deyə yazıb. Hadisədən bir həftə əvvəl isə " Mənim yaşamadığım xoşbəxtliyi kralına da yaşatmam, hər kəs gününü gözləsin" yazdığı ortaya çıxıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar