Xəbər lenti
Sumqayıtda ata internet xəttinə görə oğlunu bıçaqladı - Təfərrüat

İnternet xəttinə görə mübahisə atanın oğlunu bıçaqlaması ilə nəticələnib.
Manevr.az Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.
İddialara görə, mübahisə qayınatanın gəlinin internet vasitəsilə danışmasına icazə verməməsindən sonra başlayıb.
İki bıçaq zərbəsi alan Şahmar Muradov dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı təcili əməliyyat edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanan şəxsin nənəsi Vəzifə Həşimovanın iddiasına görə, hadisə qayınatanın gəlinə qarşı söyüş söyməsi və internet xəttini kəsməsi səbəbindən baş verib. Sərdar Muradov gəlinin internetlə danışmasını dayandırmaq üçün evdəki internet xəttini ayırıb. Bu vəziyyətdən xəbər tutan Şahmar Muradov atası ilə mübahisə edib. Mübahisə daha sonra bıçaqlanma ilə nəticələnib.
Hadisədən sonra gəlin evi tərk edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrafilli bildirib ki, dekabrın 26-da saat 22:00-da Sumqayıt şəhərində 38 yaşlı Şahmar Muradova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 67 yaşlı atası Sərdar Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar