Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Təyyarədən sağ çıxan rusiyalı stüardessanın cəsarətindən danışdı

Tarix: 26-12-2024 19:57     Baxış: 4123 A- / A+


  
"Azərbaycan Hava Yolları" QSC-nin Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası cəsarət və əzmkarlıq nümayiş etdirərək, kritik məqamda vəzifəsini yerinə yetirməyə davam edib. 
Manevr.az xəbər verir ki, bu barədə TASS agentliyinə təyyarə qəzasından sağ çıxan Subxonkul Rəhimov məlumat verib.
"Pilotlara yaxın olan stüardessa vəziyyətin dəhşətli olmasına baxmayaraq, özünü ələ almışdı. Xüsusən də bir qadın üçün bu, çox çətin idi. Lakin o, sonadək dözərək hərəkət etdi", deyə Rəhimov bildirib.

O vurğulayıb ki, stüardessa yaranmış ağır şəraitə baxmayaraq, bütün funksiyalarını və vəzifələrini yüksək səviyyədə yerinə yetiririb. Rəhimov əlavə edib ki, stüardessa əsasən Azərbaycan dilində danışaraq sərnişinləri sakitləşdirib.
Qəza 25 dekabr səhəri, "Azərbaycan Hava Yolları" ("Azerbaijan Airlines") aviaşirkətinə məxsus "Embraer" sərnişin təyyarəsinin Bakıdan Qroznıya uçduğu zaman Qazaxıstanın Aktau hava limanında baş verib. Ekipaj enişdən əvvəl təcili eniş üçün müraciət etmişdi. Qəzanın səbəbləri hələ rəsmi olaraq açıqlanmayıb. 

Təyyarədə olan stüardessa Hökumə Əliyeva insanları sakit olmağa çağırıb və hər şeyin yaxşı olacağını deyib. Təəssüf ki, Hökumə Əliyeva hadisə nəticəsində həlak olub. Digər stüardessa Aydan Rəhimli isə xəsarət alıb.qaynarinfo 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar