Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Hökumədən acı xəbər gəldi

Tarix: 26-12-2024 11:15     Baxış: 4283 A- / A+

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi 3 ekipaj üzvünün cəsədinin tapıldığını bildirib.
Manevr.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. 
Məlumata görə, təyyarədə bələdçi kimi çalışan Hökumə Əliyevanın da cəsədi tapılıb. Ondan əlavə pilot İqor Kşnyakin və Aleksandr Kalyaninovun da cəsədləri tapılıb.
Qeyd edək ki, təyyarədə 5 ekipaj üzvü olub. Bunlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökümə Əliyeva, Zülfüqar Əsadov və Aydan Rəhimlidir. Ekipaj üzvlərindən ikisinin sağ qaldığı bildirilib. 
Sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir. Vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.
Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar