Xəbər lenti
Milli Qəhrəmanın bacısı faciəvi şəkildə öldü - FOTO
Bu gün Goranboyda dəm qazından boğularaq həyatını itirən Xocalı sakinlərindən biri, 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Milli Qəhrəmanın bacısı olduğu müəyyənləşib.Manevr.az xəbər verir ki, o, Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun bacısıdır.
Hadisə zamanı onunla yanaşı, qonaq gələn əmisi qızı, Sevil Səlimova da həyatını itirib.
Qeyd edək ki, Araz Səlimov könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinin tərkibində döyüşüb. O, Xocalı hadisəsi zamanı onlarla dinc sakinin həyatını xilas edib. Ermənilər onu Əsgəranda qardaşı Fəxrəddin Səlimovla birlikdə vəhşicəsinə qətlə yetiriblər. Araz Səlimovun atası da Xocalı faciəsi zamanı həlak olub. 1997-ci ildə ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib, şəhidimiz Ağdam Şəhidlər Xiyabanında dəfn olunub.(qafqazinfo)



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































