Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

4 yaşlı uşağın bağırsağından 13 ədəd maqnit çıxdı - Şəkil

Tarix: 16-12-2024 21:46     Baxış: 393 A- / A+
Türkiyədə 13 ədəd maqnit muncuq udan uşaq uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub.

Hadisə Yozqatda baş verib. Belə ki, 4 yaşlı oğlan uşağı maqnit muncuqları udub.

Yozqat Şəhər Xəstəxanasına yerləşdirilən uşaq burada əməliyyat olunub. Uşaq cərrahı Serkan Odabaşı bildirib ki, uşağın qarnından çıxarılan maqnitlər adi maqnitlərdən 5-10 dəfə artıq çəkim gücünə malik ola bilər:

“Əsasən oyun məqsədilə satılan bu maqnitlər müxtəlif rəngləri və parlaq görünüşləri ilə uşaqların marağını cəlb edir və onlar tərəfindən udula bilir. Güclü çəkim gücü səbəbindən maqnitlər mədə, bağırsaq kimi orqanlarda bir-birini cəzb edə bilər.

Bu isə qalın bağırsaq toxumasında qanqrena, deşilmə, orqanlar arasında keçid yollarının qapanması kimi problemlərə səbəb ola bilər. Xəstəxanamıza müraciət edən pasiyenti rentgen müayinəsi etdik.

Maqnitlərin yer dəyişmədiyi aşkar olundu və əməliyyata qərar verdik. Qapalı əməliyyat vasitəsilə maqnitlərin yerini təyin etdik və təxminən 3-4 sm-lik bağırsaq hissəsində zədə olduğu üçün həmin hissəni çıxararaq əməliyyatı tamamladıq. Əməliyyat zamanı uşağın bədənindən 13 ədəd rəngli maqnit çıxarıldı”. medicina 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar