Xəbər lenti
Güclü külək Mingəçevirdə fəsadlara yol açdı
Mingəçevir şəhər Fövqəladə Hallar Komissiyasından verilən nməlumata görə, güclü külək nəticəsində şəhər ərazisində 120 ədəd ağac qırılaraq yerə düşüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
Bundan başqa, 15 yaşayış binasının dam örtüyünü (977 kv.m) uçurub, 9 ədəd fərdi evin dam örtüyünə ziyan vurub, 3 ədəd fərdi evin həyətində daş barını aşırıb.
Qopan dam örtüyünün şiferləri 3 ədəd nəqliyyat vasitəsinin üzərinə düşərək abtomobili zədəlyib, 1 səhiyyə, 1 mədəniyyət, 3 təhsil müəssisəsinin binasının dam örtüyünə, 1 yanacaqdoldurma məntəqəsinə ziyan vurub, 9 yerdə telefon və internet xətləri qırılıb, 8 ərazidə üzərinə ağac aşması nəticəsində qaz xətti əyilib, 6 ədəd beton elektrik dirəyi və 4 ədəd işıqlanma dirəyi zədələnib, bir neçə yerdə işıq xətləri qırılıb.
Şəhərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb. Hazırda bərpa işləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar