Xəbər lenti
Bəy toya 1 həftə qalmış öldü, qız yasa gəlinlikdə gəldi - Şəkil

"Mirror"a xəbər verir ki, Brenda Esmeralda 10 il birlikdə olduğu sevgilisi Ines de Jesus ilə 14 dekabrda evlənməyə hazırlaşırdı. Lakin dekabrın 6-da oğlan yol qəzasında dünyasını dəyişib.
"El Bola" ləqəbi ilə tanınan 30 yaşlı Ines kostyumda dəfn edilib. Nişanlısı Brenda isə dəfn mərasiminə gəlinlikdə qatılıb.
Məlumata görə, sürücü yüksək sürətlə hərəkət edib və Inesi vurduqdan sonra hadisə yerindən qaçıb. Yerli medianın məlumatına əsasən, Inesin cəsədi 30 metrdən çox sürüklənib. İctimaiyyət günahkar hesab edilən sürücünün ədalətə təslim edilməsini tələb edir.
Brendanın nişanlısı ailəsinin maddi ehtiyaclarını qarşılamaq üçün bazarda tərəvəz, şirniyyat və digər küçə yeməkləri sataraq toya hazırlaşırdı. Onun bu cür çalışqanlığı və fədakarlığı cəmiyyətdə böyük rəğbət qazanmışdı. Dəfn mərasimində yüzlərlə insan iştirak edib.
Inesin ölümü Tlaxcalada narazılıq doğurub. Yerli sakinlər qəzanın baş verdiyi yolda etiraz aksiyaları təşkil ediblər. Etirazçılar avtobus xəttini hədəfə alaraq bir neçə nəqliyyat vasitəsini saxlayıb və hətta yandırıblar. Hətta, avtobuslardan birinin qaz balonu partlayıb. milli.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar