Xəbər lenti
Soyuq su səbəbindən idmançı Sumqayıt stadionunda infarkt keçirib - İDDİA
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda idmançılardan biri soyuq suda yuyunduğuna görə infarkt keçirib.
Manevr.az-ın məlumatına görə, stadionda isti su problemi olduğuna görə idmançılar soyuq su ilə yuyunurmuş.
Əməkdaşımız olayla bağlı stadionun direktoru Şahin İmranovla əlaqə saxlayıb. Lakin o məlumatı təkzib edib. Şahin İmranov həmçinin iddia edib ki, stadionda isti su problemi yoxdur.
Araşdırmalarımız nəticəsində isə məlum olub ki, infarkt keçirən Anar Hümbətovdur. O, boksla məşğuldur. Əməkdaşımız onunla da əlaqə saxlayıb. Şahin İmranovdan fərqli olaraq Anar Hümbətov məlumatı təsdiqləyib. O bildirib ki, hadisə oktyabr ayında baş verib.
"Məşqdən sonra yuyunmağa getdim. İsti su olmadığnndan məcbur qalıb soyuq su ilə yuyundum və elə oradaca özümü pis hiss etməyə başladım. Xəstəxanaya aparıldım. Məlum oldu ki, infakt keçirmişəm və stend qoydular", - deyə Anar Hümbətov bildirib.
İdmançı başına gələn olayla bağlı heç bir yerə şikayət etmədiyini deyib.fanat.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar