Ağstafa rayonunda Azərbaycan ordusunun hərbçisi, müddətdən artıq hərbi qulluqçu Orxan Əlizadəni qətlə yetirən 35 yaşlı Baloğlan Bukvadzeyə hökm oxunub.
Manevr.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Bukvadzeyə 11 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafanın Saloğlu qəsəbəsində küçədə B.Bukavadze ilə rayonun Düzqışlaq kənd sakini Şamxal Həmidovun avtomobilləri üz-üzə gəlib. Yolun ensiz olması səbəbindən onlardan biri digərinə güzəştə getməli olsa da, tərəflər arasında mübahisə başlayıb.
Bu zaman B.Bukvadze ilə digər avtomobildəki sərnişin Orxan Əlizadə arasında münaqişə yaranıb. Münaqişə zəminində sürücü hərbi qulluqçu olan Orxana zərbə endirib.
Yerə yıxılan Orxanın başı qaz borusuna dəyib və ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan hərbçi orada vəfat edib."qafqazinfo"
Xəbər lenti
Hərbçini qətlə yetirənə 11 il 6 ay həbs cəzası verildi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar