Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda kafedə qızla tanış olan oğlan qarət OLUNDU

Tarix: 06-12-2024 23:30     Baxış: 3165 A- / A+
Sumqayıtda kafedə qızla tanış olan oğlan qarət olunub.

Hadisə Corat qəsəbəsində baş verib.

Belə ki, Həsrət Həsənov (ad və soyad şərtidir) şəhər ərazisindəki kafelərin birində yeyib-içəndən sonra orada Aysu adlı (ad şərtidir) qızla tanış olub. Aysu Həsrəti öz evlərinə dəvət edib. Həsrət qızla birgə onun yaşadığı Corat qəsəbəsinə gəlib. Orada siqaret almaq üçün marketə giriblər. Bu zaman Aysunun tanışı Namiq Quliyev (ad və soyad şərtidir) onlarla rastlaşıb. Qız Həsrətdən Namiqə də siqaret almasını istəyib. Bunun üçün Həsrət Aysuya 50 manat pul verib.

Mağazadan çıxanda Namiq Aysu ilə kənarda gizlicə danışıblar. Bunu görən Həsrət Aysudan siqaret üçün verdiyi pulun qalığını istəsə də, Namiq irəli gələrək etiraz edib. O, əli ilə Həsrəti itələyib. Həsrət zərbənin təsirindən aşağı əyilərkən Namiq onun arxa cibindəki 1 150 manat pulu götürərək qaçıb. Beləcə, Həsrət həm siqaret üçün verdiyi pulun qalığından olub, həm də 1 150 manatı soyğunçuluq yolu ilə talanıb.

Onun şikayəti nəticəsində polis əməkdaşları Namiq Quliyevi saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb. Sumqayıt Şəhər Məhkəməsi Namiq Quliyev haqqında həbs qətimkan tədbiri seçib.

Məhkəmə istintaqı hazırda davam etdirilir. oxu.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar