Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

İki gün əvvəl partlayış olan binanın sakinləri narazıdır

Tarix: 05-12-2024 15:50     Baxış: 3122 A- / A+
İki gün əvvəl partlayış olan binanın sakinləri NARAZIDIR

Dekabrın 3-də Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən beşmərtəbəli binada baş verən partlayış zamanı mənzillərinə ziyan dəyən sakinlər onlara diqqət göstərilmədiyini deyir. 
Manevr.az-ın məlumatına görə, bu barədə Oxu.az-a danışan sakinlər bildirib ki, onların vəziyyəti ilə maraqlanan yoxdur: “İndiki vaxtda günlərlə gedib dost-tanış evində qalmaq olmur. Binaya girməyə icazə vermirlər. Harada qalmalıyıq, nə etməliyik - bilmirik. Uşaqlarımız məktəbə gedə bilmirlər, özümüz də çarəsizlikdən hərəmiz bir yerə dağılışmışıq. Bəs bunun sonu nə olacaq?” 
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, hadisənin nəticələrinin aradan qaldırılması üçün icra hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər davam etdirilir: “Hadisə baş verən bina altı girişdən ibarətdir və mütəxəssislərin rəyi əsasında dünən günorta saatlarından etibarən üç girişdə yaşayış tam bərpa olunub. Digər girişlərlə bağlı da tədbirlər davam etdirilir. Mütəxəssislərin rəyi əsasında bu girişlərlə bağlı da addımlar atılacaq.
Gün ərzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları ərazidə olublar. Sakinlərin müraciəti əsasında onlar müvəqqəti olaraq müvafiq yerlə təmin olunublar. Növbəti qərarlara uyğun olaraq İcra Hakimiyyəti tədbirlər görəcək”. 
Xatırladaq ki, Sumqayıtda, 13-cü mikrorayonda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin binadan təxliyə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar