Xəbər lenti
Bakıda DƏHŞƏT: Kişi arvadının üzərinə qaynar su tökdü

Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz sosial hesabında paylaşım edib.
M.Zeynalova qeyd edib ki, qadın polisə müraciət edib və istintaq başlayıb.
"Lakin istintaq dövründə həmin şəxs azadlığa buraxılıb. Ər buraxıldıqdan sonra yoldaşının yanına gedərək uşaqları əlindən alacağı və onun həyatına son qoyacağı ilə bağlı hədələr edib.
Qadın işgəncədən sonra baş verən görüntüləri bizə göndərib. Çox xahiş edirik ki, ona təcili kömək olunsun",- deyə paylaşımda yazılıb.
Şiddətə məruz qalan qadın təxminən 35 yaşındadır. Bakı şəhərində atası evindədir. Həyat yoldaşı isə Lənkəran rayonundandır.
Atası qadının qaynı ilə qonşu olduğundan o ehtiyat edir ki, əri evə rahat girə bilər. Çünki uşaqların birini məktəbə aparanda o biriləri evdə qoymalı olur. Əsas qorxusu da budur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar