Xəbər lenti
Azərbaycanda 100-dən çox evi su basdı - əhalinin acınacaqlı durumu FOTOLARDA

Mingəçevir şəhərində güclü küləklə müşayiət olunan leysan ağır fəsadlar törədib.
Manevr.az-ın report-a istinadən məlumatına əsasən, Günəşli massivində yüzdən çox fərdi yaşayış evini su basıb, xeyli sayda ev quşu tələf olub.
Sakinlərin evi, həyəti su, lil və palçıqla dolub, küçələr keçilməz hala düşüb. Hazırda massivin 13, 14 və 15-ci küçələrində selin fəsadları aradan qaldırılır. Əraziyə xeyli sayda texniki qurğu cəlb olunub.
Mütəxəssislər fəsadların ağır olmasını massivdən keçən Yevlax rayonunun Havarlı kəndini su ilə təmin edən kanalın çəkilişində yol verilən texniki nöqsanlarla əlaqələndiriblər.
Belə ki, kanalın müəyyən hissələri lazımi səviyyədə bərkidilməyib, bəzi boru xətlərinin ağzı açıq qalıb və tələb olunan hissədə şülüz qoyulmayıb.




Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar