Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə bu gün saat 07 radələrində paytaxtın Nəsimi rayonu Neftçilər prospektində baş verib.
"Chevrolet" markalı avtomobil yolu keçən 2 piyadanı vurub. Piyadalardan biri 1938-ci il təvəllüdlü İ.Mustafayev hadisə yerində ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları aparılır", - məlumatda vurğulanıb.
--------
14:11
Keçmiş nazir müavini İbrahim Mustafayev bu gün Bakıda yol qəzasında həlak olub.
Manevr.az xəbər verir ki, İpəkçilik və toxuculuq sənayesi üzrə görkəmli mütəxəssis İ.Mustafayev 10 may 1938-ci il tarixdə Şəkidə anadan olub.
1977 - 1984-cü illərdə Azərbaycan SSR Yerli Sənaye nazirinin müavini, 1984 - 1989-cu illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru, 1989 - 1994-cü illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyində şöbə müdiri, "Xalq Üçün Mallar" Dövlət Konserninin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Xəbər lenti
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar