Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kürdəmirdə arvadını görməyə gedən kişi döyüldü

Tarix: 29-11-2024 22:02     Baxış: 338 A- / A+
Kürdəmir rayonunda 2004-cü il təvəllüdlü Nəsib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Cəlilə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Hadisə Kürdəmir rayonunun kəndlərindən birində baş verib. Nəsib kənd ərazisində qohumu Cəlilin nənəsigilə gələrək, onu narahat etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı onun boğazından əli ilə sıxıb və yumruqla sifətindən bir-neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Nəsibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Cəlil onun qohumudur, münasibətləri həmişə yaxşı olub: "Məlum hadisə günü, saat 22 radələrində nənəm Sonanın evindən səs-küy gəldiyini eşidərək oraya getmək üçün küçəyə çıxdım. Həmin vaxt küçədə qohumum Cəlili gördüm. Cəlilə bir daha bu evə gəlməməsini dedim və bununla bağlı aramızda mübahisə baş verdi. Bu zaman Cəlilin üzərinə gedərək boğazından tutdum, sifətinə bir-neçə dəfə yumruqla vurdum. Cəlili vurarkən orada bizdən və nənəmdən başqa heç kəs olmayıb. Sonradan etdiyim hərəkətlərə görə peşman oldum. Cəlil ilə barışmışam, Cəlilə dəymiş ziyanı tamamilə ödəmişəm. Cəlil məni bağışlayıb".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Cəlilin sözlərinə görə, təqsirləndirilən Nəsib onun qaynı oğludur, aralarında ədavət və düşmənçilik olmayıb: "Hadisə günü saat 22 radələrində arvadım Güneli görmək üçün qayınanam Sonanın yaşadığı evə getdim. Qayınanam mənə irad tutdu, aramızda mübahisə düşəcəyini görərək küçəyə çıxdım. Küçədə Nəsib ilə rastlaşdım. Aramızda gedən söhbət zamanı Nəsib mənə "sənə deməyiblər buraya gəlmə", - dedi. Həmin vaxt arvadım Güneli görməyə gəldiyimi deyərək işlərimə qarışmamağı məsləhət gördüm. Bu vaxt Nəsib sözlərimdən əsəbiləşərək üzərimə gəldi, boğazımdan yapışdı və yumruqla sifətimə bir-neçə dəfə vurdu. Ayağa qalxaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, baş verənlər barədə məlumat verdim. Həm də Kürdəmir Rayon Polis Şöbəsinə gedərək ərizə yazdım".

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nəsibin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. demokrat.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar