Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ailə faciəsi: Ərini ölüm yatağında görən qadın intihar etdi - Eyni gündə dəfn edildilər

Tarix: 28-11-2024 08:57     Baxış: 337 A- / A+

Ötən gün Oğuzda baş verən intiharın təfərrüatı məlum olub.

Oğuz rayonunun Bucaq kəndinin sakini, 56 yaşlı Leyla Osman qızı Musayeva xərçəngdən əziyyət çəkən ərini itirmək qorxusundan canına qəsd edib.

Belə ki, Leyla Musayevanın əri, 70 yaşlı Eyyub Fərəc oğlu Musayev bir-neçə aydır ki, qan xərçəngindən əziyyət çəkir. Eyyub Musayev Oğuz Rayon Mərkəzi Xəstəxanasında uzun müddət müalicə alıb. Onun vəziyyəti ağır olduğu üçün bir-neçə gün əvvəl xəstəxanadan evə göndərilib.

Noyabrın 26-sı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Oğuz rayon filialının həkim briqadası çağırış əsasında Eyyub Musayevi müayinə etmək üçün onun yaşadığı ünvana gediblər. Müayinə zamanı Eyyub Musayevin vəziyyətinin kəskin ağır olması barədə ailəsinə məlumat verilib.

Ərinin ölüm ayağında olduğunu bilən Leyla Musayeva intihar etmək məqsədilə ailə üzvlərindən xəbərsiz sirkə turşusu içib.

Leyla Musayeva ərini müayinə etmək üçün gələn həkim briqadası tərəfindən dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq Leyla Musayeva elə hadisə baş verən gün axşam saatlarında Oğuz RMX-nın reanimasiya şöbəsində dünyasını dəyişib.

Leyla Musayevanın qan xərçəngindən əziyyət çəkən əri Eyyub Musayev də elə həmin gün vəfat edib.

Ər-arvad bu gün Bucaq kənd qəbiristanlığında dəfn olunublar. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar