Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təcili Tibbi Yardım avtomobili qəzaya uğradı, yaralılar var - Şəkillər

Tarix: 27-11-2024 08:20     Baxış: 435 A- / A+

Astaradan Lənkərana xəstə gətirən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb.

Hadisə gecə saatlarında köhnə Ələt-Astara avtomagistralında, yolun Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Astaradan Lənkərana, xəstə; Astara rayon sakini 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədovanı gətirərkən, qarşısına Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi "Hundai Tucson" markalı minik avtomobili çıxıb və qəza qaçılmaz olub.

Qəzada, avtomobildə olan xəstə və xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Xəstə Ağabacı Əhmədova isə təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, "Hundai Tucson" markalı avtomobilin sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır. lent.az

Manevr.az 

Təcili Tibbi Yardım avtomobili qəzaya uğradı, yaralılar varTəcili Tibbi Yardım avtomobili qəzaya uğradı, yaralılar varTəcili Tibbi Yardım avtomobili qəzaya uğradı, yaralılar varTəcili Tibbi Yardım avtomobili qəzaya uğradı, yaralılar varTəcili Tibbi Yardım avtomobili qəzaya uğradı, yaralılar var

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar