Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ermənistanda döyülən bir Azərbaycan əsilli İran vətəndaşı elə Azərbaycanlı sayılır" – AÇIQLAMA

Tarix: 22-11-2024 22:08     Baxış: 325 A- / A+
"Ermənistanda döyülən bir Azərbaycan əsilli İran vətəndaşı elə Azərbaycanlı sayılır" – AÇIQLAMAMətbuatda işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülməsi barədə məlumat yayılıb.

O, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Bəs görəsən Ermənistanda baş verən bu hadisə Azərbaycan tərəfindən necə qarşılanacaq?

Politoloq Turan Rzayev bildirib ki,
"Ermənistan cəmiyyətində təəssüf ki, siyasi şüur hələ də daşnaksütun partiyasının qoyduğu revanşis, ultramilliyətçi və ermənisayağı faşist idealogiyası əsasında formalaşır. Ermənistana bu faşist idealogiyasını aradan qaldırmaq üçün təkcə hakimiyyət dəyişikliyi yox, həm də bir mədəni inqilab lazımdır. Paşiniyan bunu nə dərəcədə edə biləcək, bunu demək çətindir, amma bütün hallarda onun hakimiyyəti dövründə bu qüvvələrə müəyyən mənada zərbə vuruldu. Amma bəzən o özü də bu qüvvələrdən istifadə edir. Azərbaycanlının Ermənistanda döyülməsi təbii ki, doğru deyil. Şimal və ya cənub fərqi yoxdur, bu, Azərbaycana qarşı atılmış bir addımdır. Həmin şəxs milliyətcə İran vətəndaşı olsa da, etnik baxımdan Azərbaycanlıdır. Ölkə başçımızın çox gözəl bir sözü var, "Biz sərhədlərimiz xaricində olan soydaşlarımızın taleyinə biganə qala bilmərik" Bu gün Ermənistanda döyülən bir Azərbaycan əsilli İran vətəndaşı elə Azərbaycanlı sayılır. Biz əgər sülh prosesindən, sərhədlərin açılmasından, gediş-gəlişdən danışırıqsa bu problemlər sabah bizim də başımıza gələcək. Əslində bu hadisə bir daha İlham Əliyevin konsitusiya məsələsində Ermənistandan tələb irəli sürməsi və bu tələbdə israrlı mövqe sərgiləməsinin nə dərəcədə doğru və yerində addım olduğunu sübut edir. Bu gün əgər biz konsitusiya məsələsində Ermənistandan tələblərimizi irəli sürməsək, sabah Paşinyanın yerinə gələcək hakimiyyət də revanşis qüvvə ola bilər. Yenə işğalçılığa cəhd edə bilər. Ən əsası sabah Zəngəzurdan keçəcək vətəndaşlarımıza qarşı da belə hadisələr törədilə bilər. Ona görə də Rəsmi Bakı bu gün geri addım atmamalı və sona qədər Ermənistandan tələblərini irəli sürməlidir".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar