Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA

Tarix: 15-11-2024 18:53     Baxış: 490 A- / A+


Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi  - Şok AÇIQLAMA
Dünən aşıq Namiq Fərhadoğlunun atası dünyasını dəyişib.
Manevr.az-ın məlumatına görə, aşıq bildirib ki, atası həkim səhlənkarlığı nəticəsində həyatını itirib və o, atasının Şəmkir rayonu ərazisindəki xəstəxanada əməliyyat olunmasının tərəfdarı olmayıb:
“Gül kimi kişini məhv etdilər. 68 yaşında gümrah insan idi, o yaşı heç kim ona vermirdi. Ödündə daş var idi. Həkimlər deyirdi ki, “lal daş”dır, qorxusu yoxdur. Anamı müayinə etməyə həkimə aparanda özünü də yoxlatdırıb. Həkim deyib ki, təcili əməliyyat etmək lazımdır. Hər səhər görüntülü danışardıq. Əməliyyatdan sonra da zəng elədim. Son sözü bu oldu ki, mən o daşla yaşayırdım, hələ bundan sonra 10 il də yaşayardım, amma həkim məni məhv etdi”.

“Dedim ki, ay ata, gəl burada müayinə etdirək. Etiraz etdi. İki saatdan sonra yığdım, telefonu açmadı. Anam götürüb dedi 2 saat yarımdır ki, əməliyyat gedir. 4 gündən sonra da anamı əməliyyat ediblər. Pula görə ediblər. Həkim əlaqə saxlayıb dedi ki, atanı da buraxıram, ananı da, yaxşıdırlar. Amma atam yaşamadı” deyə o bildirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar