Xəbər lenti
Qəbulda əsəbiləşdiyi üçün öldüyü deyilən müəllimlə bağlı açıqlama
Xəbər verdiyimiz kimi, Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə fizika fənnini tədris edən Elnur Aslanovun bir neçə gün öncə Goranboy Təhsil Sektorunda qəbul zamanı əsəbiləşdiyi üçün beyninə qan sızdığı, bundan sonra olunan tibbi müdaxilələrə baxmayaraq vəfat etdiyi iddia olunurdu.
Manevr.az bildirir ki, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb.
Bildirilib ki, fizika müəllimi Elnur Aslanovun 30 oktyabr tarixində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədovun qəbulunda olması və qəbuldan sonra əsəbləşərək halının pisləşməsi məlumatları həqiqəti əks etdirmir:
"Belə ki, Elnur Aslanov 30 oktyabr, saat 17:00 radələrində çalışdığı məktəbin direktor vəzifəsini icra edən Gülxanım Abdullayeva ilə birgə SIMA proqramının yüklənməsinə dəstək göstərilməsi məqsədi ilə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun inzibati binasına gəliblər. Sektorda təxminən 30 dəqiqə qaldıqdan sonra işini bitirib, sektor müdirinin qəbulunda olmadan evə getmək üçün binadan ayrılıb".
Qeyd edilib ki, sektorun həyətində müəllimin halının pisləşdiyini görən sektorun əməkdaşları dərhal təcili tibbi yardım xidmətinə müraciət ediblər:
"Elnur Aslanov Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Təəssüf hissi ilə bildiririk ki, Elnur Aslanov 03 noyabr 2024-cü il tarixdə öz evində dünyasını dəyişib. Sosial şəbəkələrdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru ilə bağlı səsləndirilən digər məsələlər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. Məsələ ilə bağlı hazırda araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
--------------
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar