Xəbər lenti
İsmayıllıda iti öldürülən şəxs icra nümayəndəsinə hücum etdi

İsmayıllı rayonunda vəzifəli şəxslə dalaşan gənc həbs edilib.
Manevr.az-ın publika.az-a istinadla məlumatına görə, hadisə rayonun Ticran kəndinə baş verib.
Həmin kənddə tənha yaşayan 26 yaşlı Əlisahab Qədirov kənd icra nümayəndəliyinə gələrək icra başçısının nümayəndəsi Əhməd Əhmədovun kabinetinə daxil olub. O, naməlum şəxs tərəfindən itinin öldürüldüyünü, maddi vəziyyətinin pis olduğunu bildirərək mübahisə yaradıb. Vəzifəli şəxs yanında başqa vətəndaşın olduğunu bildirərək onu kabinetdən çıxarmaq istəyib. Bu zaman onlar əlbəyaxa olublar və hər ikisi yerə yıxılıb.
Əlisahab inzibati binadan çıxandan sonra icra nümayəndəsini söyərək təhqir etməyə davam edib.
Əhməd Əhmədovun şikayətindən sonra Ə. Qədirov saxlanılıb.
Onun barəsində inzibati protokol tərtib edilib. İsmayıllı Rayon Məhkəməsi 29 oktyabrda protokol əsasında qərar çıxarıb və 26 yaşlı gəncə 10 sutka həbs cəzası təyin edilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar