Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur xəstəxananın həkiminin üzünə yumruq vurdular

Tarix: 29-10-2024 22:08     Baxış: 3224 A- / A+
Abşeron Rayon Mərkəzi Xəstəxanasında həkimin burnuna yumruq vuran şəxs cəzalandırılıb.

1986-cı il təvəllüdlü M.Rəşad oğlunu qarın sancıları ilə xəstəxanaya aparıb.

O, xəstəxanada Fariz adlı həkimə oğlunun xəstə olduğunu deyib və dərhal müayinədən keçirilməsini tələb edib. Həkim isə xəstəxanada növbənin çox olduğunu və tez bir zamanda xəstəyə ilkin tibbi yardım edə biləcəklərini bildirib. Təqsirləndirilən şəxs yenidən oğlunun növbəsiz USM-dən keçirilməsini istədiyini deyib.

Həmin şəxs daha sonra xəstəxana kollektivini - "oğlumun vəziyyəti ağırdır, burada nəyə oturmusunuz, buraları dağıdacağam", - deyərək hədələyib və yumruqla həkimin burnuna zərbə vurub.

Məhkəmənin qərarı ilə M.Rəşad Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar