Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

4 dostu ilə qalan tələbənin faciəvi ölümü: gecə növbəsində işləyirmiş

Tarix: 29-10-2024 10:54     Baxış: 458 A- / A+

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda 18 yaşlı tələbə dəm qazından həyatını itirib. Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun yaşadığı mənzildən meyiti tapılıb. Onun hamam otağında dəm qazından zəhərləndiyi bildirilir.

Manevr.az-ın məlumatına görə, Azərbaycan İdman Akademiyasının tələbəsinin meyiti "Tarqovı"ya yaxın ərazidə, Lev Tolstoy küçəsində yaşadığı mənzildə aşkarlanıb.

Məlumata görə, mərhum tələbə həmin mənzildə 4 tələbə dostu ilə yaşayırmış. Beyləqan rayonun Şahsevən kəndindən təhsil üçün Bakıya gələn tələbələr qeyd olunan ünvanda kirayədə qaldılar. Onların bəziləri qeyri-dərs saatlarında və gecə növbəsində müxtəlif işlərdə çalışırlar. Ramal da gecə növbəsində işləyirmiş və faciə də məhz onun işdən qayıtmasından sonra baş verib.

Ramalın həmkəndlisi və uşaqlıq dostu Nihat deyir ki, gecə növbəsində işdən qayıtdıqdan sonra hamamda onun meyitini tapıblar. O qeyd edib ki, su qızdırıcısında əvvəllər problem olub və ev sahibinə bu barədə məlumat veriblər. Ev sahibi isə rayonda olduğunu və Bakıya qayıtdıqdan sonra təmir ediləcəyini bildirib.

"Əvvəlcədən problem olduğunu bilirdik və bir-birimizi gözləyirdik. Ramal yəqin bizi narahat etmək istəməyib", - Nihat "Xəzər TV"yə bildirib. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.modern.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar