
Xəbər lenti
Hərəkətdə olan avtobus sürücüsünü bıçaqlayıb öldürdü - GÖRÜN HANSI SƏBƏBDƏN

506-cı xətt üzrə işləyən avtobus sürücüsü Leonardo Figueroa (43) sükan arxasında olarkən bıçaqlanaraq öldürülüb.
Təhlükəsizlik kameralarına düşən görüntülərdə maska taxan sərnişinin avtobusa mindiyi və sürücü ilə qısa söhbətdən sonra ona qəfil hücum etdiyi görünür. Sürücüyə qarın nahiyəsindən iki bıçaq zərbəsi vuran şübhəli hərəkətdə olan avtobusdan tullanaraq qaçıb.
Polis hücum edənin Jesús Calipsto (57) olduğunu müəyyən edib. Hadisədən sonra polis bölməsinə gələn şübhəlinin həyat yoldaşı qətlin şok səbəbini açıqlayıb. Qadın etiraf edib ki, əri onun sürücü ilə münasibətindən xəbər tutub və buna görə də qətli törədib.
Ağır yaralanan sürücü xəstəxanaya çatdırılsa da, edilən bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Səlahiyyətlilər qətlin heç bir quldurluq və ya başqa səbəbinin olmadığını və bunun tamamilə qısqanclıq zəminində törədildiyini təsdiqləyiblər. Hadisənin şahidləri ifadə verməyə davam edir. sonxeber.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar