Sizin Reklam Burada
Xəbər lenti
31-10-2024
BÜTÜN XƏBƏRLƏR

Bəy toydan iki gün sonra öldü

Tarix: 18-10-2024 22:33     Baxış: 347 A- / A+
Bəy toydan iki gün sonra öldüİngiltərədə ölümcül xəstəliyə düçar olan kişi xəstəxana otağında evlənib. Lakin iki gün sonra ölüb.

Bəy 51 yaşlı Mayk və gəlini 38 yaşlı Lara 11 il əvvəl tanış olublar. Qadının sözlərinə görə, 2020-ci ildə evlənmək istəsələr də, koronavirus mane olub. Ancaq daim evlənəcəkləri vaxtı düşünüblər.

Mayk ilin əvvəlindən nəfəs darlığından əziyyət çəkib. May ayında ona pnevmoskleroz diaqnozu qoyulub, bu xəstəlikdə ağciyər toxuması birləşdirici toxuma ilə əvəz olunur. Pnevmosklerozlu insanlar iki ildən beş ilədək, bəzən daha uzun yaşayırlar, lakin Maykın bəxti gətirməyib. Avqust ayında onun vəziyyəti xeyli pisləşib. O, üç həftə xəstəxanada yatıb və evə buraxılanda pilləkənləri çətinliklə qalxa bilib. Bir həftə sonra yenidən xəstəxanaya yerləşdirilib.

Xəstəxana keşişi ilə söhbət etdikdən sonra Mayk və Lara vaxt itirməməyə, ən qısa zamanda evlənməyə qərar veriblər. Gəlinin hər şeyi təşkil etmək üçün 24 saat vaxtı olub və o, bunu bacarıb.

Cütlüyün evliliyi həm möhtəşəm, həm də üzücü olub. Belə ki, Mayk iki gün sonra dünyasını dəyişib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar