Xəbər lenti
Qatar telefona baxaraq relsdən keçən qadını vurub

"Trenes Argentinos" dəmir yolu xəttinin təhlükəsizlik kameraları hadisəni anbaan qeydə alıb. Kadrlarda Rodrigezin telefonuna fokuslanaraq yola çıxdığı, son anda qatarı görüb geri çəkilməyə çalışdığı, ancaq qatarın ona dəydiyi görünür. Zərbənin təsirindən gənc yerə yıxılsa da, ciddi xəsarət almayıb.
Hadisədən sonra qatarların hərəkəti 45 dəqiqə dayandırılıb. Rodriges hadisə yerində tibb işçiləri tərəfindən yoxlanıldıqdan sonra özbaşına gedib.
Bu təhlükəli vəziyyət sosial mediada geniş əks-səda doğurub. Bir çox insanlar mobil telefondan istifadə edərkən yeriməyin təhlükələrinə diqqət çəkib. Bəzi istifadəçilər Rodrigesi tənqid edərkən, bəziləri ətrafdakıların da onu xəbərdar etməli olduğunu bildiriblər. Səlahiyyətlilər oxşar qəzaların qarşısını almaq üçün piyadaları daha diqqətli olmağa çağırıb. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar