Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

Zaqatalalı müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi

Tarix: 16-10-2024 19:46     Baxış: 340 A- / A+


Zaqatalalı müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi
Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə nəticələnən yol qəzasının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, N.Bayramovanın olduğu avtomobili idarə edən 1993-cü il təvəllüdlü Elçin Əliyev cinayət işi üzrə təqsirləndirilib.
Məlum olub ki, həyatını itirən 1985-ci il təvəllüdlü Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. O, Elçinlə sevgili imiş və birgə Zaqataladan Elçinin yaşadığı İsmayıllı şəhərinə gəliblər. Hadisə də bundan sonra baş verib. Belə ki, Elçin avtomobillə Xanəgah kəndi ərazisində yolun əks-hərəkət istiqamətinə çıxıb və idarə etdiyi “Khazar” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə xəsarət alan N.Bayramova dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Elçin daha əvvəl də yol qəzası törədib və məhkum edilib. Onun ayağında elektron qolbaq var imiş və sürücülük hüququ məhdudlaşdırılıbmış.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhum N.Bayramovanın atası Elçinə ağır cəza verilməsini xahiş edib: “Hadisədən 1 saat sonra mənə məlumat verildi ki, qızım Elçinin maşınında olub, həmin maşın “Maz” markalı maşının altına girib. Hadisə yerinin şəkilləri mənə göndərildi. Qızım mənə İsmayıllı rayonundan Elçini bəyəndiyini demişdi. Nigara demişdim ki, həmin şəxs 2 dəfə cinayət məsuliyyətinə cəlb olunub. Həmçinin, Elçinin ayağında qolbaq var, savadsız bir adamdır, cəmiyyət arasında hörməti yoxdur. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və ona ən ağır cəzanın verilməsini xahiş edirəm”.
Məhkəmənin hökmü ilə Elçinə 6 il 6 ay həbs cəzası verilib. Onun sürücülük hüququ da həbsdən sonrakı 4 il üçün məhdudlaşdırılıb./qafqazinfo


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar