Dörd gün əvvəl baş verən qəzanın təfərrüatı ortaya çıxıb.
Manevr.az parol.az-a istinadən xəbər verir ki, oktyabrın 12-də Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınan qəza nəticəsində BMW markalı gəlin maşınının toy karvanında iştirak edən "VAZ-21015" markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Xudiyev Əzizağanın ölməsi faktına görə həbs olunan var.
Belə ki, BMW markalı gəlin maşınını idarə edən bəy Toğrul Əzizov elə toy günü saxlanılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisədən sonra ağır xəsarət alan Xudiyev Əzizağa xəstəxanaya çatdırılıb, bəy isə toyun baş tutması üçün restorana gedib. Lakin Əzizağanın xəstəxanada keçindiyi xəbəri gəlib və toy yarımçıq qalıb. Toğrul Əzizov saxlanılıb.
Bu hadisənin ardınca gəlinin valideyinləri qızını özləri ilə ata evinə aparıblar.
Xəbər lenti
Azərbaycanda toy günü BƏY ADAM ÖLDÜRDÜ - Məclis saxlanıldı: GƏLİNİ QAYTARDILAR

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































