Xəbər lenti
Yenə toy karvanı, yenə faciə...

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, BMW markalı gəlin maşınının toy karvanında iştirak edən "VAZ-21015" markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Xudiyev Əzizağa ölüb.
Ə.Xudiyev gəlini gətirməyə gedən gəlin maşınında yer alıbmış. Bu avtomobili idarə edən isə bəyin özü - Toğrul Əzizov olub.
Qeyd edək ki, son vaxtlarda toy karvanlarında tez-tez qəzalar baş verir. Son dönəmlərdə bunlardan ən ağırı ötən ay Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda baş vermiş, qəza nəticəsində 5 nəfər ölmüşdü.
Baş DYP İdarəsi də toy karvanları ilə bağlı sürücülərə müraciət etsə də, təəssüf ki, bəziləri məsələyə məsuliyyətsiz yanaşır. İnsan həyatının heçə sayılmasının nəticəsində dəfələrlə toylar yasa dönüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar