Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada 15 yaşlı qız şahmata görə özünü öldürdü

Tarix: 10-10-2024 21:52     Baxış: 366 A- / A+
Rusiyada 15 yaşlı qız şahmata görə özünü öldürdüRusiyanın Podolsk şəhərində 15 yaşlı qız atası ilə şahmat oynadıqdan sonra özünə qəsd edib. O, uduzduğuna görə kədərlənib və özünü 13-cü mərtəbədəki otağının pəncərəsindən atıb.

Məlumata görə, qız atası ilə şahmat oyunu zamanı uduzub, bundan inciyib və ağlamağa başlayıb. Bu zaman atası əsəbiləşib və ona masanı tərk etməsini, bir daha onunla oynamayacağını deyib.

Ardınca anası da qıza səslənib.
"Ondansa ev tapşırıqları ilə məşğul ol, hələ imtahan verəcəksən", - deyə anası bildirib və daha sonra əri ilə şahmat oynamağa gedib.

Qız otağına qaçaraq qapını kilidləyib.
Bir müddət sonra qadın mənzilin qəfildən soyuduğunu hiss edib və küləyin haradan əsdiyini yoxlamağa gedib.

Qızın otağına girib və uşağın orada olmadığını, amma pəncərənin açıq olduğunu görüb. Küçəyə baxdıqda qızının cəsədini görüb.

Bildirilir ki, məktəbli qız yetkinlik yaşına çatmayanlarla iş şöbəsində, psixiatrda və ya narkoloqda qeydiyyatda olmayıb, siqaret və alkoqol istifadəçisi olmayıb, nümunəvi şagird olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə ilə bağlı "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə iş açılıb. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar