Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

Tarix: 10-10-2024 12:59     Baxış: 456 A- / A+
Vəzifəli Şəxslər İŞDƏN ÇIXARILDI
Samuxda vəzifəli şəxsə xəsarət yetirilib.
Manevr.az xəbər verir ki, hadisə dünən səhər saatlarında Samux şəhərinin ərazisində baş verib.
Vətən müharibəsi qazisi, Lək kənd sakini 2000-ci il təvəllüdlü Fərhad Ruhlan oğlu Abdullayev xuliqanlıq zəminində rayon icra başçısının müavini Tahir Qarayevin əlinə çəliklə vurub. O, daha sonra Samux Rayon İcra Hakimiyyətinə məxsus “Haval” markalı 51-AC-001 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşəsini sındırıb.
Məsələ ilə əlaqədar Samux Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Hüquq şöbəsinin müdiri Azər Nəsibov sorğumuza cavab olaraq bildirdi ki, hadisə ötən gün saat 11 radələrində Samux şəhər Şəhidlər Kompleksində aparılan təmir zamanı qeydə alınıb: “Fərhad Abdullayev adlı şəxs rayon icra başçısının müavini Tahir Qarayevə yaxınlaşıb və qaz çəklişi ilə bağlı müraciət edib. Yaşadığı Lək kəndində bəzi küçələrə çəkiliş edilir və vətəndaş bundan narazılıq edib ki, niyə gecikir. Ona məlumat verilib ki, qısa müddətdə, qış mövsümü başlayana qədər qazla təmin olunacaqlar. Yəni layihədə necə nəzərdə tutulubsa, hamısı qrafikə uyğun şəkildə həyata keçiriləcək.
Bu məsələdən sonra o, bu dəfə qaz sobası istəyib. Ona “ceyran peçi” adlanan soba alınıb verilib. Vətəndaş bundan da narazı qalıb və “İran peçi” istəyib. Bu dəfə də elə onun yanında Tahir Qarayev Lək kənd icra nümayəndəsi Xəyal müəllimə zəng vurub. Telefon mikrafonda da olub və tapşırıq verilib ki, Fərhad “İran peçi” ilə təmin olunsun. Bu zaman Fərhad Tahir Qarayevin əlindən telefonu alaraq Xəyal müəllimi söyüb. Orada öz qardaşı və fəhlələr də olub, hamı bunu eşidib. Tahir müəllim də Fərhada bildirib ki, “belə olmaz, sənin xahişini edirik, sən isə belə hərəkət edirsən, söyüş söyürsən”. Fərhad bu dəfə də gedib dövlətin xidməti maşınına zərər yetirib. Tahir müəllim ona mane olmaq istəyəndə əlindəki əsa ilə ona zərbələr endirib.
Fərhad Abdullayev bizim ən çox yardım etdiyimiz qazidir. Onun bütün istəklərini həmişə yerinə yetirmişik. Hətta kiminsə problemi ilə bağlı bizə müraciət edibsə, bunu da həll etmişik. Hazırda öz qardaşı da etiraf edir ki, Fərhad günahkardır. Hadisə zamanı hətta bıçaq da çıxarıb. Qardaşı mane olub və bıçaq onun əlindən düşüb”.
Hadisə ilə bağlı araşdırma aparılır.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar