Sizin Reklam Burada
Xəbər lenti
31-10-2024
BÜTÜN XƏBƏRLƏR

“Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib” - ŞƏKİL

Tarix: 10-10-2024 12:07     Baxış: 343 A- / A+

Üç ay əvvəl özünü yaşadığı binanın yeddinci mərtəbəsindən ataraq intihar etdiyi deyilən Vüsalə Dadaşovanın ölümü ilə bağlı ciddi iddia irəli sürülüb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki,  mərhumun atası Zakir Nəbiyev qızının intihar etməsinə inanmır, onun qəsdən öldürüldüyünü düşünür.
Valideyn bizə göndərdiyi müraciətində yazır ki, qızının əri tərəfindən qəsdən öldürülməsindən şübhələnir: "Bu hadisənin qəsdən törədilmiş cinayət olduğunu sübut edən kifayət qədər faktımız var. Məsələn, qızım hadisədən bir müddət əvvəl qonşusunun telefonu ilə anasına zəng edib. Telefon zəngində öldürüləcəyini deyib. Həmin gün Vüsalə əri Sevindik Dadaşovla birgə evdə olub. Bir neçə dəqiqə sonra da hadisə baş verib. Qızımın ölümü planlaşdırılmış cinayətdir".
Z.Nəbiyev bu işin istintaqından narazıdır. O, işə düzgün baxılmadığını, sübut olaraq düşünüb təqdim etdiyi materiallara önəm verilmədiyini deyir: "Qızımın azyaşlı övladının uydurma izahatı və hadisəni gördüyünü iddia edən taksi sürücüsünün ifadəsi əsasında cinayəti bağlamaq istəyirlər. Biz bunu qəbul etmirik. Qızımın qəsdən öldürülməsi məsələsinə baxılmalıdır. Məsul şəxslərdən bu məsələdə bizə kömək etmələrini xahiş edirik".
Mərhum Vüsalənin atasının ittihamları ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən saytımıza bildirildi ki, qeyd olunan faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: "Bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, habelə təqdim olunmuş hər bir dəlilin öyrənilərək düzgün hüquqi qiymətləndirilməsi təmin ediləcək".
Xatırladaq ki, hadisə bu ilin iyulunda Xətai rayonunun Gəncə prospektində baş verib. İlkin məlumata görə, 1984-cü il təvəllüdlü V.Dadaşova özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb. 

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar