Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşdü

Tarix: 03-10-2024 19:53     Baxış: 366 A- / A+


Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
Manevr.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.
"Bundan sonra sərnişin qatar yolundan çıxarılıb. Sərnişinin vəziyyəti barədə həkimlərin rəyindən sonra məlumat veriləcək.
Artıq təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.
Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır" , - B.Məmmədov bildirib.
Qeyd edək ki, bu gün "28 May" stansiyasında kişi sərnişin qatarın altına düşməsi nəticəsində ölüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar