Bakıda və Ağdamda avtomobillər qaçırılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, oktyabrın 2-də saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbəsi ərazisindən “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 37 yaşlı V.Nurullayev Biləsuvar rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə oktyabrın 2-də Quzanlı qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən 37 yaşlı S.Şükürov Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar