Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ

Tarix: 02-10-2024 22:40     Baxış: 367 A- / A+
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏNərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən Sabir Fələliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sabir Fələliyev 3 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhrum edilib.

İttihama görə, hadisə 16 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində Qərbi Kaspi Universitetinin Kollecində qeydə alınıb.

Belə ki, həmin kollecin Meşə və park ixtisasının 3-cü kurs tələbəsi olmuş Sabir Fələliyev sərxoş vəziyyətdə təhsil ocağına gəlib. Həmin gün də kollecdə imtahan təşkil edilib. Bu zaman Qərbi Kaspi Universitetinin Tələbə Məlumat Mərkəzinin şöbə müdiri vəzifəsində işləyən, kollecdə tədris və imtahan prosesinin təşkil olunması ilə bağlı komissiyanın üzvü Urfan Səmədov (soyadı şərti) təqsirləndirilən şəxsə irad bildirərək imtahana maneçilik törətdiyini deyib. Sonra həmin şəxslər kollecin direktor vəzifəsini müvəqqəti icra edən Ziyəddin Musayevin iş otağına gediblər. Mübahisə zamanı Sabir baş zərbəsi ilə Urfan Səmədovun burun nahiyəsindən vuraraq, sındırıb.

Hadisədən sonra Sabir Fələliyev saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. pravda.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar