Xəbər lenti
Əjdər İsmayılov vəfat etdi – Şəkil
Təcrübəli dənizçi, uzaq səfərlər kapitanı Əjdər İsmayılov vəfat edib.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib.
Ə.İsmayılov Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirib. Dörd illik təhsil ocağını öz bilik və bacarığı hesabına cəmi iki ilə başa vurub.
O, karyerasında da yaşıdlarından seçilib. Təhsilini başa vurandan sonra təyinatla Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə gəlib. 1966-cı ilin martından başlayan iş həyatı 2013-cü ilə kimi davam edib.
İlk vəzifəsi kapitanın III köməkçisi olub. 1974-cü ildən sonra vəzifə pillələri ilə daha sürətlə irəliləyib. Kapitanın II köməkçisi, baş köməkçisi və nəhayət, kapitan vəzifəsinə yüksəlib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əksər gəmilərində və zavodlarında işləyib.
Dəniz nəqliyyatı sahəsindəki xidmətlərə görə müxtəlif fərmanlarla təltif olunan Əjdər İsmajılov Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına da layiq görülüb.
ASCO rəhbərliyi və kollektivi adından kapitan Əjdər İsmayılovun vəfatından kədərləndiyimizi bildirib, yaxınlarına başsağlığı verib.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar