Sizin Reklam Burada
Xəbər lenti
26-09-2025
25-09-2025
BÜTÜN XƏBƏRLƏR

Saray qəsəbəsində hərbi sursat aşkarlandı

Tarix: 28-09-2024 11:36     Baxış: 392 A- / A+

Abşeron rayonu, Saray qəsəbəsi ərazisində hərbi sursatlar aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd PM 9 mm-lik Makarov tipli tapança, 16 mm-lik 2 ədəd ov tüfəngi, 4 ədəd F-1 əl qumbarası, 7 ədəd RQD5 əl qumbarası, 10 ədəd UZRQM2 partladıcısı, 69 ədəd 7x62 mm-lik kiçik çaplı mərmi, 17 ədəd 9x19 mm-lik kiçik çaplı mərmi, 9 ədəd OQ-7V silahdan atılan qəlpəli qumbara və 11 ədəd OQ-7PM qumbaranın barıt yükü olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar