Sizin Reklam Burada
Xəbər lenti
27-09-2024
26-09-2024
BÜTÜN XƏBƏRLƏR

Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb

Tarix: 27-09-2024 08:53     Baxış: 326 A- / A+
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıbAhıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Ukrayna vətəndaşları da daxil olmaqla üç nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yaxın qohumlarının qəza törətməsi və yardım üçün təcili pul lazım olması adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis orqanları tərəfindən əməliyyatlar davam etdirilir.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən qanunsuz əməllərə cəlb olunan Seymur Əhmədov, Ukrayna vətəndaşları Yevhen Durkin və Vitali Kostyuk saxlanılıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslər "Telegram" sosial şəbəkəsində əlaqə qurduqları naməlum şəxslərin onları yönləndirdiyi ünvanlara yollanaraq yaşlı nəslin nümayəndələrinin yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildiriblər və pul tələb ediblər.

Qeyd olunan hüquqazidd əməllər nəticəsində 6 vətəndaşa ümumilikdə 27 min 200 dollar və 25 min manat maddi ziyan dəyib. Saxlanılan şəxslər pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüblər.

Saxlanılan şəxslərdən ikisi Yevhen Durkin və Vitali Kostyuk məhz qeyd edilən qanunsuz əməlləri həyata keçirmək məqsədilə müvafiq olaraq yaşadıqları İtaliya və Polşa Respublikalarından Bakı şəhərinə gəliblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşlara bu hallarla bağlı diqqətli olmaq, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirmək və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməmək tövsiyə edilir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar